Türkiyənin müdafiə və aviasiya sektorunun ixracat gəliri artıb

İlk sırada 182 milyon 620 min dollarla ABŞ qərarlaşıb

284904
Türkiyənin müdafiə və aviasiya sektorunun ixracat gəliri artıb

Türkiyənin müdafiə və aviasiya sektoru ilin ilk 4 ayında 117 ölkə və 9 bölgəyə ixracat reallaşdırıb. Sektorun ixracat gəliri ötən ilin eyni dövrünə görə 1,36% artaraq 461 milyon dollara çatıb.
İxracatda ilk sırada 182 milyon 620 min dollarla ABŞ qərarlaşıb. Sektorun etdiyi ixracatın təxminən 40%-i bu ölkəyə reallaşdırılıb.
Siyahıda ikinci ölkə isə 53 milyon 960 min dollar ilə Malayziya olub. Malayziyaya edilən ixracatdan əldə edilən gəlir keçən ilin eyni dövrünə görə 142% artıb. İspaniya isə 33 milyon 552 min dollar gəlirlə bu sahədə üçüncü sırada yer alıb. İspaniyaya edilən ixracat gəliri, ötən ilin eyni dövrünə görə 30% artıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr