Türkiyə günəş enerjisinə yönəlir

Enerjidə yerli və yenilənə bilən qaynaqlara verilən üstünlük özünü göstərir.

260966
Türkiyə günəş enerjisinə yönəlir

  Fevral ayında 35 elektrik istehsal sahəsi sərmayəçilərin istifadəsinə verilib. Dəstəklənən bu 35 layihənin 28-i günəş enerji stansiyaları olacaq ki, 11-i Nevşehirdə, 8-i Konyada, 4-ü Spartada qurulacaq.

  Günəş enerjisi potensialı baxımından Avropanın qabaqcıl ölkələri arasında yer alan Türkiyədə illik 380 milyard kilovat saatlıq günəş enerjisi almaq imkanı var.

  Yaxın zamanlarda daha böyük gücə malik günəş enerjisi layihələrinə istiqamətli sərmayə subsidiyaları də gündəmə gələcək.

  Subsidiya (subsidy) – dövlət büdcəsindən muxtar büdcələrə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti. İstehsаl və idхаlа subsidiyаlаr müəssisələrin cаri istehsаl fəаliyyəti ilə əlаqədаr оlаrаq dövlət tərəfindən verilən və qаytаrılmаyаn cаri ödəmələrdir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr