Yunanıstanın maliyyǝ proqramı

Yunanıstan və Avro Bölgəsi maliyyə nazirləri arasında aparılan danışıqlar nəticəsində Yunanıstanın maliyyǝ proqramının 4 aylığına uzadılması haqqında qərar qəbul edilib.

226344
Yunanıstanın maliyyǝ proqramı

Yunanıstan və Avro Bölgəsi maliyyə nazirləri arasında aparılan danışıqlar nəticəsində Yunanıstanın maliyyǝ proqramının 4 aylığına uzadılması haqqında qərar qəbul edilib.
Ancaq Brüssel, Yunanıstanın hǝyata keçirǝcǝyi bütün islahatların bir siyahısını Avro Bölgǝsi vǝ Beynǝlxalq Pul Fonduna tǝqdim etmǝsini istǝyib. Yunanıstana kreditin verilmǝsi bu siyahının tǝsdiqlǝnmǝsindǝn asılı olacaq.
Avstriya Maliyyə naziri Hans Jörg Şelling, Avro Bölgəsi maliyyə nazirlərinin 5 saata yaxın davam edən toplantısının ardından verdiyi açıqlamada, Yunanıstanın maliyyə proqramının müəyyən şərtlər qarşılığında 4 ay uzadıldığını bildirib.
Almaniya Maliyyǝ naziri Wolfqanq Şauble isǝ, maliyyǝ proqramının uğurlu şǝkildǝ hǝyata keçirilmǝyǝciyi tǝqdirdǝ Yunanıstana kreditin verilmǝyǝciyini bildirib.
Qeyd edǝk ki, Yunanıstan maliyyə proqramının 6 ay uzadılması üçün dünən rəsmi müraciət etmişdi və bunun ardından Avro Bölgəsi maliyyə nazirləri fövqəladə toplantı qərarı vermişdi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr