Avropa İttifaqı 21 milyard avro itirib

Avropa İttifaqının tǝtbiq etdiyi sanksiyalar sadǝcǝ Rusiyanın yox öz iqtisadiyyatına da mǝnfi tǝsir etdi.

215186
Avropa İttifaqı 21 milyard avro itirib

Avropa İttifaqının tǝtbiq etdiyi sanksiyalar sadǝcǝ Rusiyanın yox öz iqtisadiyyatına da mǝnfi tǝsir etdi.
Sanksiyalar, Avropa İttifaqının ixracatına 21 milyard avro ziyan vurdu.
Ukrayna böhranına görǝ Rusiyaya tǝtbiq edilǝn sanksiyalar Avropa İttifaqında bölünmǝyǝ sǝbǝb olur.
İspaniya Xarici işlǝr naziri Hose Manuel Qarsio Marqayo(Jose Manuel Garcia-Margallo) verdiyi açıqlamada bildirib ki, sanksiyaların nǝticǝsindǝ Avropa İttifaqı indiyǝ qǝdǝr 21 milyard avro itirib. Tǝtbiq edilǝn sanksiyalar hǝr kǝsǝ baha başa gǝldi.
Sanksiyaların Rusiya iqtisadiyyatına zǝrǝri isǝ ildǝ 40 milyard dollardır.
Qǝrbli ölkǝlǝr, Rusiyanı Ukraynanın şǝrqindǝki seperatçıları dǝstǝklǝmǝkdǝ ittiham edir, rǝsmi Moskva isǝ bunu qǝbul etmir.
Digǝr tǝrǝfdǝn, Avropa İttifaqı ölkǝlǝrinin xarici işlǝr nazirlǝrinin Brüsseldǝ keçirdiyi toplantıda, Rusiyaya istiqamǝtli sanksiyaların artırılması barǝdǝ qǝrar qǝbul edilib. Ancaq qǝrarın tǝtbiq edilmǝsi davam edǝn sülh danışıqlarına görǝ bir hǝftǝ tǝxirǝ salınıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr