İran ticarәtdә dolar istifadә etmiyәcәk

Xarici ticarətdə yuan, avro, rubl, türk lirəsi istifadə olunacaq

196899
İran ticarәtdә  dolar  istifadә etmiyәcәk

İran xarici ölkələrlə hesablaşmaları ABŞ dolları ilə aparmaqdan imtina edib. İran İslam Respublikasının Mərkəzi Bankının açıqlamasında bildirilib ki, bundan belə xarici dövlətlərlə bağlanan müqavilələrdə hesablaşmalar dollarla deyil, digər valyutalarla göstəriləcək.
Bu müqavilələr xüsusilə, yuan, avro, türk lirəsi, rus rublu və Cənubi Koreya vonası ilə bağlanacaq: “Bununla yanaşı, hökumət digər valyuta imkanlarını da nəzərdən keçirəcək. Bir sıra ölkələrlə bu sazişlərin imzalanması yaxın gələcəkdə baş tutacaq.”


Etiketlәr:

Әlaqәli Xәbәrlәr