"2014-cü ilin ixracatı 171.9 milyard dollar olub"

İqtisadiyyat naziri Nihat Zeybǝkçi, ixracat baxımından Türkiyǝnin dünya ölkǝlǝri qarşısında üstünlük ǝldǝ etdiyini bildirib.

177602
"2014-cü ilin ixracatı 171.9 milyard dollar olub"

Ankarada keçirilǝn Sǝfirlǝrin 7-ci Konfransında çıxış edǝn İqtisadiyyat naziri Nihat Zeybǝkçi, ixracat baxımından Türkiyǝnin dünya ölkǝlǝri qarşısında üstünlük ǝldǝ etdiyini bildirib.
Nazir 2014-cü ildǝ ixracatda 4.8 faiz artım olduğunu vurğulayıb.
İqtisadiyyat naziri bunları deyib, Türkiyǝ 2012-ci ildǝ 2.8 faiz nisbǝtindǝ inkişaf etdi, bunun 2.6 faizi isǝ ixracat vasitǝsilǝ reallaşdı. Dünyanın ǝn mürǝkkǝb hadisǝlǝrinin yaşandığı bölgǝnin düz mǝrkǝzindǝ Türkiyǝ buna nail oldu.
Türkiyǝdǝn Avropa İttifaqına olan ixracatının isǝ 11.7 faiz artdığına işarǝ edǝn Nihat Zeybǝkçi 2015-ci ilin bu baxımdan daha yaxşı olacağını vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr