"Ölkәm neft qiymәtlәrinin ucuzlamasından tәsirlәnmәyәcәk"

Nursultan Nazarbayev, neft qiymətlərinin ucuzlamasının ölkә iqtisadiyyatına mәnfi tәsirinin olmayacağını bildirib.

155460
"Ölkәm neft qiymәtlәrinin ucuzlamasından tәsirlәnmәyәcәk"

Qazaxıstan Dövlət Başçısı Nursultan Nazarbayev, neft qiymətlərinin ucuzlamasının ölkә iqtisadiyyatına mәnfi tәsirinin olmayacağını bildirib. Buna sәbәb isә sahib olduqları neft ehtiyatları göstәrib.
jurnalistlərin, neft qiymətlərinin iqtisadiyyata təsirinə dair suallarını cavablayan Nazarbayev, Ukrayna böhranından sonra Rusiyaya tətbiq olunan sanksiyalar və problemlәrin təsirinin uzun müddәt davam edә bilәcәyini qeyd edib.
Valyuta mәzәnnәsindә geyri sabitliyin davam edәcәyini tәxmin etdiyini deyәn Nazarbayev, banklardakı әmanәt hesablarının zəmanət altında olduğunu, qәnaәt tәdbirlәri mövzusunda hökumətin ictimai öhdəliklərә biganә qalmayacağını, məmur və təqaüdçü әmәk haqlarının isә artırılmayacağını vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr