İqtisadiyyatda aparılacaq yeni islahatlar

Baş nazir Əhməd Davudoğlu iqtisadiyyatda aparılacaq yeni islahatlar haqqında danışıb.

152611
İqtisadiyyatda aparılacaq yeni islahatlar

Baş nazir Əhməd Davudoğlu iqtisadiyyatda aparılacaq yeni islahatlar haqqında danışıb.
Yeni plan 450 dəyişikliyi nəzərdə tutur. Proqrama, istehsalda məhsuldarlığın, daxili qənaətlərin artırılması və israfın qarşısını almaq və İstanbulun Beynəlxalq Maliyyə Mərkəzinə çevrilməsi kimi məsələlər daxildir.
Baş nazir Davudoğlu, ictimai yardımlarda meydana gələn suiistifadənin də qarşısının alınacağını söyləyib.
İqtisadiyyat sahəsində aparılacaq islahatlar planında yer alan digər maddə isə ictimai gəlirlərin keyfiyyətinin artırılması proqramıdır. Bu proqram çərçivəsində vergi qanunvericiliyi sadələşdiriləcək və yerli idarəetmə rəhbərliklərinin öz gəlirləri artırılacaq.
İslahat proqramında yer tutan son iki maddə isə iş və yatırım sahǝlǝrinin inkişaf etdirilməsi ilə statistik məlumat infrastrukturunun inkişafına dair olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr