İşsizlik sayının ǝn çox olduğu Avropa İttifaqı ölkǝsi

İqtisadi Әmǝkdaşlıq vǝ İnkişaf Tǝşkilatının (OECD) hesabatına ǝsasǝn işsizlikdǝ 24 faizlǝ İspaniya birinci yerdǝdir.

189618
İşsizlik sayının ǝn çox olduğu Avropa İttifaqı ölkǝsi

İqtisadi Әmǝkdaşlıq vǝ İnkişaf Tǝşkilatının (OECD) hesabatına ǝsasǝn işsizlikdǝ 24 faizlǝ İspaniya birinci yerdǝdir.
Tǝşkilat, sentiyabr ayı ǝsas götürüldükdǝ üzv ölkǝlǝrdǝ orta hesabla işsizlik nisbǝtinin 7.2, işsiz sayının isǝ 44 milyon 200 min olduğunu açıqlayıb.
Hesabata görǝ, işsizliyin 11.5 sǝviyyǝsindǝ gerçǝklǝşdiyi avro zonada, işsizliyin ǝn çox düşdüyü ölkǝ 0.3 faiz azalma ilǝ Portuqaliya olub.Bu ölkǝdǝ işsizlik nisbǝti 13.6 faizǝ ǝnib. İkinci yeri isǝ İrlandiya tutub. Bu ölkǝdǝ dǝ işsizlik nisbǝti 0.2 faiz enǝrǝk 11.2 faizǝ düşüb.
İspaniya isǝ işsizlik nisbǝtini 0.2 faiz düşürmǝsinǝ baxmayaraq 24 faiz işsizlik nisbǝtilǝ birinci yerdǝdir.
İşsizliyin ǝn aşağı olduğu ölkǝ isǝ 3.5 faiz ilǝ Cǝnubi Koreyadır. Bu ölkǝni 3.6 faiz ilǝ Yaponiya tǝqib ǝdir. Meksika vǝ İslandiya 4.8 faizlǝ 3-cü yeri bölüşüb.
Türkiyǝdǝ sentiyabr ayına olan mǝlumatlar hǝlǝ açıqlanmadığı üçün hesabatda Türkiyǝyǝ dair hǝr hansı mǝlumat yer tutmayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr