"Neftin qiymәti yenidәn vә sürәtlә qalxacaq"

Yaxın dövrdә neftin barel qiyməti 100 dollar səviyyəsinə qədər qalxacaq.

174244
"Neftin qiymәti yenidәn  vә sürәtlә qalxacaq"

“Bloomberg” agentliyinin mәlumatına görә qarşıdakı yaxın dövrdә neftin barel qiyməti 100 dollar səviyyəsinə qədər qalxacaq. Yanacağa olan tələbat qaçılmaz surətdə artacaq. Agentlik bəzi analitiklərin proqnozlarını əsas gətirərək bildirir ki, neftə olan tələbatın azalması qısa müddətli olacaq. İyun ayından etibarən “Brent” markalı neftin qiyməti növbəti aydakı nəqllə birgə 25 faiz ucuzlaşaraq 86,03 dollar olduğuna baxmayaraq, oktyabr ayının 28-i 2020-ci ilə qədər olan müqavilələrin dəyəri 91,5 dollar səviyyəsində qalıb.
“Standard Chartered” şirkətinin şöbə rəhbəri Pol Horsnell qeyd edib ki, yanacağın hazırda qiymətinin aşağı düşməsini “yeni norma” kimi qələm vermək lazım deyil. Onun fikrincə, neftin qiyməti 90 dollar səviyyəsindən artıq olacaq. Şirkətin təmsilçisi fikrini Beynəlxalq Enerji Agentliyinin 2019-cu ilə qədər neftin gündəlik istehlakının hazırkı 92,8 milyon bareldən 99 milyon barelə qədər artımı ilə əsaslandırır.“Standard Chartered” şirkətinin proqnozlarına görə, 2015-ci ildə “Brent” markalı neftin qiyməti 105 dollar, 2016-cı ildə isə 115 dollar təşkil edəcək. Bundan başqa, “Barclays” bankının və “Sanford C. Bernstein & Co.” şirkətinin mütəxəssisləri də “Brent” markalı neftin qiymətinin 100 dollar səviyyəsinə çatacağını proqnozlaşdırır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr