Müdafiə sənayesində ixracat hədəfi 1,5 milyard dollar

Müdafiə sənayesində ixracat hədəfi 1,5 milyard dollar olaraq açıqlanıb.

117474
Müdafiə sənayesində ixracat hədəfi 1,5 milyard  dollar

Türkiyә Sənayeçiləri və İş adamları Dərnəyi (TÜSİAD) İdarə heyətinin rәhbәri Haluk Dinçer, müdafiə sənayesi sektorunda yaradılan texnologiyaların ixrac edilməsinin son dərəcə əhəmiyyətli olduğunu bildirәrәk, "Bu il 1,5 milyard dollara çatacağını guman edirәm" deyib.
Onun sözlәrinә görә, müdafiə sənayesi Türkiyə üçün əhəmiyyətli sektordu, bu sahәdә vacib işlər hәyata keçirilib.
Ötәn ilin yanvar-avqust aylarında 872 milyon dollarlıq ixracat edən müdafiə sənayesi sektoru, bu ilin eyni dövründə 1 milyard 51 milyon 525 min dollar dәyәrindә ixracat reallaşdırıb. Bu müddәt әrzindә ən çox müdafiə və aviasiya ixracatı, əvvəl də olduğu kimi ABŞ-a hәyata keçirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr