Kǝsir 3 milyard 400 milyon lirə olub

Türkiyə büdcəsinin ilin ilk 6 ayında kǝsiri 3 milyard 400 milyon lirə olub.

130065
Kǝsir 3 milyard 400 milyon lirə olub

Maliyyə naziri Mehmet Şimşək verdiyi açıqlamada bildirib ki, altı aylıq rəqəmlərə nǝzǝr saldıqda ilin ilk altı ayında büdcə kəsiri 3.4 milyard lirǝdir. Bu rəqəm keçən ilin müvafiq dövrü ilǝ müqayisǝdǝ 3.1 milyard lirəlik artıq olan büdcǝ miqdarına nisbǝtlǝ bir qǝdǝr mǝnfi haldır. Sadǝcǝ bunu açıq və dəqiq olaraq demǝliyǝm ki, bu il onsuz da biz büdcǝ kǝsirinin 33,3 milyard lirǝ olacağını hǝlǝ büdcəni hazırladığımız zaman nǝzǝrdǝ tutmuşduq. Önǝmli olan hədəfə görə hansı nöqtǝdǝ olduğumuzdur. Əslində ilin ilk altı ayında il sonu hədəfinin kǝsir etibarı ilə 10 faizindǝyik. Yǝni büdcə hədəflərimizin reallaşması nöqtəsində bir tereddüdümüz yoxdur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr