Hava limanı Frankfurtu qorxuya saldı

Türkiyədə 3-cü böyük hava limanı Frankfurtu qorxuya saldı.

93481
Hava limanı Frankfurtu qorxuya saldı

Türkiyədə 3-cü böyük hava limanı Frankfurtu qorxuya saldı.
Almanyanın Frankfurt Hava limanının sahibi “Fraport” şirkətinin İdarə heyətinin sədri Stefan Şhult, İstanbulda inşa olunacaq 3-cü hava limanının onlar üçün öhdəsindən gələ biləcəkləri bir sınaq olacağını deyib.
Şhult, Almaniyanın xəbər agentliyinə verdiyi açıqlamada İstanbulda yeni tikiləcək 150 milyon sərnişin daşıma gücünə malik olan hava limanının Frankfurt Hava limanının böyüməsinə təsir edəcəyini bildirib.
“Bizim için daha böyük irəliləyiş lazım olacaq. Bu bizim üçün öhdəsindən gələ biləcəyimiz bir sınaq olacaq” deyən Şhult, Dubaydakı hava limanının beynəlxalq tranzit nöqtəsi olaraq genişləndirilməsinin də Frankfurt Hava limanının böyüməsinə təsir edəcəyini qeyd edib.
Almanyanın ən böyük havalimanı olan Frankfurt Hava limanı, ötən il 58 milyon sərnişinə xidmət edib.

Qeyd edək ki, “Fraport” şirkəti İstanbulda inşa olunacaq yeni hava limanının inşası ve istifadəsi üçün türk iş adamı ilə birlikdə tenderdə iştirak edib lakin tenderi qazanmayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr