İqtisadiyyat naziri Nihat Zeybekçi Vaşinqtonda səfərdədir

İqtisadiyyat naziri Nihat Zeybekçinin iştirakı ilə Vaşinqtonda Türk-Amerika Ticarət əlaqələrinə dair panel keçirilib.

68660
İqtisadiyyat naziri Nihat Zeybekçi Vaşinqtonda səfərdədir

İqtisadiyyat naziri Nihat Zeybekçinin iştirakı ilə Vaşinqtonda Türk-Amerika Ticarət əlaqələrinə dair panel keçirilib.

Panelin əsas müzakirə mövzusu ABŞ və Avropa İttifaqı arasında danışıqların davam etdiyi Transatlantik Ticarət və Sərmayə Ortaqlığı layihəsi olub.

Nihat Zeybekçinin səfər çərçivəsində keçirdiyi görüşlərdə də bu məsələ ətrafında fikir mübadiləsi aparılıb.

Nazir səfərinin son günündə isə Brookings İnstitutunda çıxış edib. Nihat Zeybekçi çıxışında Türkiyənin sərmayə ortaqlığından kənarda qalmamasının vacibliyini vurğulayıb və bunun baş verəcəyi təqdirdə ölkəyə mənfi təsir edəcəyini bildirib.

Türkiyənin strateji əhəmiyyətinə də diqqət çəkən Nihat Zeybekçi coğrafi nöqteyi-nəzərdən Afrika və Orta Şərq ölkələri ilə əhəmiyyətli ticarət əlaqələrinin olduğunu deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr