"Türkiyə yüksək orta gəlirli iqtisadiyyatı olan ölkələr arasında

63496
"Türkiyə yüksək orta gəlirli iqtisadiyyatı olan ölkələr arasında

İqtisadiyyat naziri Nihat Zeybekçi Türk-Amerika Biznes Şurasının Türkiyə tərəfdən olan üzvləri ilə görüşüb. Nazir Türkiyənin yüksək orta gəlirli iqtisadiyyatı olan ölkələr arasında yer aldığını bildirib.

Türkiyənin yerləşdiyi coğrafiyada həm ABŞ, həm də Avropa İttifaqına əhəmiyyətli imkanlar yaratdığına diqqət çəkən Zeybəkçi, ABŞ və Avropa ittifaqının Türkiyənin ən vacib müttəfiqlərindən olduğunu vurğulayıb.

Nazir sərbəst Ticarət Sazişinə da münasibət bildirib. Zeybəkçi Türkiyə ilə ABŞ və Avropa İttifaqı arasında Transatlantik Ticarət və Sərmayə Ortaqlığı Sazişinin olmaması səbəbbindən Gömrük İttifaqı Razılaşmasını davam etdirməyin mümkünsüz hala gəldiyini deyərək Türkiyənin bu sazişə qoşulmağının vacibliyini qeyd edib.

Nazirin sözlərinə görə, əgər Avropa İttifaqı ilə birlikdə prosesə qoşulmaq mümkün olmasa, o zaman Türkiyə ABŞ ilə yeni Sərbəst Ticarət Sazişi imzalamalıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr