İslandiyada tarixi qələbə
Türkiyə Milli futbol komandası İslandiyanı 4-2 hesabı ilə məğlub edib
Türkiyə Milli futbol komandası UEFA Millətlər Liqası 4-cü qrupdakı dördüncü oyununda səfərdə İslandiyanı 4-2 hesabı ilə məğlub edib.
Daha əvvəl rəqibi ilə evdən kənarda oynadığı 7 oyunun 6-nı uduzan və yalnız bir heç-heçə əldə edən Türkiyə Milli futbol komandası 43 illik həsrətə son qoydu və İslandiyaya qarşı səfər oyununda ilk qələbəsini qazandı.
Türkiyənin qollarını İrfan Can Kahveci, Hakan Çalhanoğlu, Arda Gülər və Kərəm Aktürkoğludan atdı.
Qrupda oynadığı 4-cü oyunda 3-cü qələbəsini qazanan ay-ulduzlu komanda bu nəticə ilə həm liderliyini həm də məğlubiyyətsizliyini davam etdirdi. Xalını 10-a yüksəldən milli komanda 8 xala sahib Uelsin önündə zirvədəki yerini qorudu. İslandiya isə 4 xalla 3-cü sırada qaldı. Qrupda son sırada olan Monteneqronun isə xalı yoxdur.