İlk Muaytay Türk Dünya Çempionatı

İstanbul Universitetində keçirilən açılış mərasimində Türkiyə Muaytay Federasiyasının prezidenti Həsən Yıldız, Türksoy Baş katibinin müavini Sayit Yusuf, iştirakçı ölkələrin rəsmiləri və qonaqlar iştirak ediblər

2176448
İlk Muaytay Türk Dünya Çempionatı
Turk Dunyasi Muaythai Sampiyonasi1.jpg
Turk Dunyasi Muaythai Sampiyonasi.jpg

 

  İlk dəfə keçirilən Muaytay üzrə Türk Dünya Çempionatı start götürüb.

  İstanbul Universitetində keçirilən açılış mərasimində Türkiyə Muaytay Federasiyasının prezidenti Həsən Yıldız, Türksoy Baş katibinin müavini Sayit Yusuf, iştirakçı ölkələrin rəsmiləri və qonaqlar iştirak ediblər.

  H.Yıldız Türk Dünya Muaytay Çempionatına qatılanların sayını artırmağa və bu idman tədbirinin hər il müxtəlif ölkələrdə keçirilməsinə ümid etdiklərini bildirib: “Müstəqil olmayan türk dövlətlərini də bu təşkilata daxil etmək istəyirik.

  Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTR) də komanda şəklində bu çempionatda mübarizə aparır, baxmayaraq ki, Qıbrız bir çox beynəlxalq idman yarışlarına qəbul edilmir. Düşünürəm ki, bu çempionatda bu cür embarqonu bir az da sındıracağıq.

  Əsas məqsəd muaytay idmanı ilə yanaşı, türk dövlətləri arasında mədəni əməkdaşlıq və ortaq mədəniyyətlər qurmaqdır. Türk dünyası olaraq beynəlxalq platformalarda daha uğurlu olmalıyıq."

  TÜRKSOY Baş katibinin müavini S.Yusuf muaytayın türk dünyasında populyar bir idman növü olduğunu söyləyərək deyib: "Biz bu əməkdaşlığı böyük məmnuniyyətlə qəbul etdik. Nə qədər düzgün qərar verdiyimizi görürük. Əməyi keçən hər kəsə təşəkkür edirəm".

  Qeyd edək ki, ev sahibi Türkiyə ilə yanaşı, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Macarıstan, Şimali Kipr Türk Respublikası (Qıbrız) və Bosniya Herseqovina idmançılarının iştirak etdiyi çempionat avqustun 18-ində final matçları ilə yekunlaşacaq.



Әlaqәli Xәbәrlәr