Türkiyə milliləri Almaniyada tarix yazdı

Gərgin keçən qarşılaşmada 2:1 hesabı ilə qalib gələn Türkiyə millisi turnirin 1/4 finalına vəsiqə qazanıb

2158613
Türkiyə milliləri Almaniyada tarix yazdı

 

  Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasında oyun keçirilib. Qarşılaşma 2 iyul Türkiyə vaxtı ilə axşam saat 22:00-da start götürüb. Görüşü portuqaliyalı hakim Artur Diaş idarə edib.

  Qarşılaşmanın 1-ci dəqiqəsində Türkiyənin heyətində Merih Dəmiral komandasını önə keçirib. İlk yarıdan sonra Türkiyə millisi 1:0 hesabı ilə qalib gəlib: matçın 59-cu dəqiqəsində Merih Dəmiral özünün və komandasının ikinci topuna imza atıb.

  Matç Türkiyə millisinin 2:1 hesablı qələbəsilə yekunlaşıb. Bununla da Türkiyə seçməsi adını 1/4 finala yazdırıb. Komandanın bu finaldakı rəqibi Hollandiyadır.

  Qarşılaşma 6 iyul şənbə günü Türkiyə vaxtı ilə saat 22.00-da Berlin Olimpiya Stadionunda oynanılacaq.



Әlaqәli Xәbәrlәr