Türkiyə millisinin möhtəşəm qələbəsi

Türkiyə yığması AÇ-2024-ün qrup mərhələsində Çexiyaya 2:1 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanıb.

2156554
Türkiyə millisinin möhtəşəm qələbəsi

Türkiyə yığması AÇ-2024-ün qrup mərhələsində Çexiyaya 2:1 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanıb.

Hamburqdakı "Volksparkstadion"da keçirilən matçda Türkiyənin qollarını 51-ci dəqiqədə Hakan Çalhanoğlu və 90+4-cü dəqiqədə Cenk Tosun vurublar. Çexiya komandasının qolunu isə 66-cı dəqiqədə Soucek vurub.

Çexiya - Türkiyə görüşünün rumıniyalı baş hakimi Kovaks matç boyu 18 sarı və 2 qırmızı vərəqə göstərib.

Beləliklə, Çexiya - Türkiyə matçı Avropa çempionatı tarixində ən çox vərəqə göstərilən matç kimi tarixə düşüb.

Gürcistan ilə Portuqaliya komandaları da AÇ-2024-ün qrup mərhələsi çərçivəsində üzləşiblər.

Gürcüstan komandası Portuqaliyanı 2:0 hesabı ilə məğlub edib.

Məlumata görə, Türkiyə və Portuqaliya komandaları AÇ-2024-ün qrup mərhələsini 6 xalla tamamlayaraq 1/8 finala yüksəliblər.

AÇ-2024-ün qrup mərhələsini 4 xalla tamamlayan Gürcüstan komandası da 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Türkiyə millisi iyulun 2-də baş tutacaq 1/8 final oyununda Avstriya ilə üzləşəcək.



Әlaqәli Xәbәrlәr