Türkiye millisi sabah Almaniya yığması ilə üzləşəcək
Türkiyenin futbol üzrə milli komandası sabah Almaniya yığması ilə keçirəcəyi oyunla əlaqədar Berlinə gedib.
2065360

Türkiyenin futbol üzrə milli komandası sabah Almaniya yığması ilə keçirəcəyi oyunla əlaqədar Berlinə gedib.
Baş məşqçi Vinçenzo Montellanın rəhbərliyindəki milli komanda bu gün saat 19.00-da matçın keçiriləcəyi Berlin Olimpiya Stadionunda oyundan əvvəl son məşqini keçirəcək.
Qeyd edək ki, Almaniya - Türkiye matçı sabah yerli vaxtla saat 22.45-də başlayacaq.
Matçı polşalı hakim Bartoş Frankovski idarə edəcək.