Pınar Karşıyaka yarımfinala vəsiqə qazanıb

TRT Spor xəbər verir ki Basketbol üzrə Türkiye Sığorta Super Liqasının pley-off mərhələsinin ¼ final oyunlarının ikincisi baş tutub

1993226
Pınar Karşıyaka yarımfinala vəsiqə qazanıb

Basketbol üzrə Türkiye Sığorta Super Liqasının pley-off mərhələsinin 1/4 final oyunlarının ikinci matçında Pınar Karşıyaka Frutti Extra Bursasporu ilə qarşılaşıb.

92-76 hesabı ilə qalib gələrək seriyada vəziyyəti 2-0-a çatdıran İzmir təmsilçisi bu nəticə ilə yarımfinala yüksəlib.

Karşıyakanın yarımfinaldakı rəqibi, Qalatasaray NEF – Türk Telekom seriyasının qalibi olacaq.

 



Әlaqәli Xәbәrlәr