Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb

Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatı start götürüb.

1992361
Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb

Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatı start götürüb.

Azərtac informasiya agentliyinin məlumatına görə,  “Baku Crystal Hall”da təşkil olunan çempionatın birinci günündə kişilər 68, qadınlar isə 57 kiloqram çəki dərəcəsində qüvvələrini sınayacaqlar. İlk gün çəki dərəcələri üzrə kişilərin yarışında 87, qadınların mübarizəsində isə 59 idmançı olacaq.

Dünya çempionatının açılış günündə Azərbaycan millisinin bir üzvü dayanq üzərinə çıxacaq. 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev 1/32 finalda Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoyulub.

Çempionatda Azərbaycanı Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edirlər.

Türkiye isə, Taekvondo Federasiyasının açıqlamasına görə, 29 sentyabr-4 iyun tarixləri arasında keçiriləcək tədbirdə 16 milli idmançı mübarizə aparacaq.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, Bolqarıstan son anda istəyini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanından Rusiyadan sonra ikinci dəfə Azərbaycanda təşkil olunur. Eyni zamanda, Azərbaycan Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.



Әlaqәli Xәbәrlәr