Andrea Pirlo klubdan ayrıldı

“Fatih Karagümrük” komandası baş məşqçisi Andrea Pirlo istefaya göndərilib.

1990521
Andrea Pirlo klubdan ayrıldı

 TRT spor xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi müqaviləni yeniləməyəcəkləri üçün 44 yaşlı məşhur mütəxəssisə gələcək planlarını qurması üçün icazə verib.

Qeyd edək ki, Pirlo 2022-ci ilin yayından Türkiye təmsilçisində işləyir.

Super Liqa təmsilçisini bundan sonra Alparslan Erdem çalışdıracaq. Məşqçi kimi fəaliyyət göstərən Alparslan Erdem mövsümün qalan hissəsində əsas komandaya müvəqqəti olaraq baş məşqçilik edəcək.

Xatırladaq ki, İstanbul təmsilçisi bu mövsüm topladığı 44 xalla Super Liqada 9-cu pillədə qərarlaşıb.

 

 

 



Әlaqәli Xәbәrlәr