“Fənərbaxça” - "Dəmir Qrupu Sivasspor" qarşılaşması bu gün oynanacaq
TRT spor xəbər verir ki “Fənərbaxça” Türkiye Kubokunun yarımfinal mərhələsinin cavab matçında bu gün “Dəmir Qrupu Sivasspor”u qəbul edəcək.
1989957

Yarımfinalın ilk oyunu qolsuz başa çatıb.
Ülker Stadionunda oynanılacaq qarşılaşma Türkiye vaxtı ilə saat 20.30-da başlayacaq. Mübarizəni Volkan Bayarslan idarə edəcək.
“Fənərbaxça” kubokda “İstanbulspor”, “Çaykur Rizəspor” və “Kayserispor”u mübarizədən kənarlaşdıraraq adını yarımfinala yazdırıb.
Qeyd edək ki, bu gün oynanacaq qarşılaşmada hesab açılmasa hər biri 15 dəqiqə olmaqla 2 əlavə hissə oynanılacaq və qalib finala yüksələcək. Əlavə vaxtda da qalib müəyyənləşməsə finalçı penaltilər seriyası nəticəsində müəyyənləşəcək.
Әlaqәli Xәbәrlәr

Derbidə "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi
"Qalatasaray" "Fənərbaxça"nı böyük hesablı qələbə ilə məğlub etdi.