“Trabzonspor” braziliyalı futbolcu ilə yollarını ayırdı

“Trabzonspor” klubu müdafiəçi Bruno Pereslə yollarını ayırıb.

1980540
“Trabzonspor” braziliyalı futbolcu ilə yollarını ayırdı

TRT spor xəbər verir ki, bu barədə Qara Dəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Braziliyalı futbolçunun 2024-cü ilin yayında başa çatmalı olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, “Trabzonspor” Bruno Peresi 2021-ci ilin yayında “Roma”dan transfer etmişdi. O, bu mövsüm komandanın heyətində 11 rəsmi matçda meydana çıxıb.

 



Әlaqәli Xәbәrlәr