“Yuventus”u məğlub edən “İnter” finalda
İtaliya kubokunda yarımfinalın ilk cavab oyunu keçirilib.
1979923

TRT spor xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“İnter” evdə “Yuventus”la üz-üzə gəlib. Bu komandalar arasında Turində keçirilmiş ilk oyunda qalib müəyyənləşməmişdi. Cavab görüşündə isə Milan təmsilçisi qələbə qazanaraq finala yüksəlib.
Digər finalçı sabah “Fiorentina” - “Kremoneze” matçında müəyyənləşəcək.
İnter – Yuventus 1:0
Qol: Dimarko, 15.
İlk oyun - 1:1.