Fransa qrupdakı liderliyini qorudu
Futbol üzrə 2024-cü il Avropa Çempionatının seçmə mərhələsinin ikinci turu 8 qarşılaşma ilə davam edib.
TRT spor xəbər verir ki seçmə mərhələnin ikinci turunda B, E, F və G qruplarında görüşlər keçirilib.
B qrupunda İrlandiyanın qonağı olan son dünya çempionatının finalçısı Fransa 50-ci dəqiqədə Benjamin Pavardın qolu ilə mübarizədən 1-0 qalib ayrılıb. İki oyunun nəticəsinə görə xallarını 6-ya çatdıran Fransa qrupdakı liderliyini qoruyub. Qrupun digər oyununda Hollandiya 23-cü dəqiqədə Memfis Depay, 50-ci və 82-ci dəqiqələrdə isə Nathan Ake ilə Cəbəllütariqi 3:0 hesabı ilə məğlub edib.
Seçmə mərhələdə 4 qrupda keçirilən oyunların nəticələri:
B qrupu
İrlandiya - Fransa: 0-1
Niderland - Cəbəllütariq: 3-0
E qrupu
Moldova-Çexiya: 0-0
Polşa - Albaniya: 1-0
F qrupu
İsveç - Azərbaycan: 5-0
Avstriya-Estoniya: 2-1
G qrupu
Monteneqro-Serbiya: 0-2
Macarıstan-Bolqarıstan: 3-0
Әlaqәli Xәbәrlәr
"Paris Saint-Germain" klubunda bir dövr başa çatır
"Paris Saint-Germain" klubunda Lionel Messi dövrü başa çatır.