Amerikalı Mikaela Şiffrindan yeni rekord
Andorrada keçirilən Dağ xizəyi üzrə Dünya Kuboku finalı Şiffrin möcüzəvi mübarizəsinə şahidlik edib.
TRT spor xəbər verir ki, 28 yaşlı xizəkçi Böyük Slalomda 21-ci qələbəsini qazanıb. Beləliklə, Mikaela Şiffrin 88-ci dəfə birinci yeri qazandığı seriyada 138-ci dəfə podiuma çıxıb. İdmançı bu zəfərlə isveçrəli Vreni Şnayderin Böyük Slalom üzrə 20 çempionluq rekordunu da geridə qoyub və 137 dəfə podiuma qalxan keçmiş komanda yoldaşı Lindsi Vonnun rekordunu da yeniləyib. Şiffrin bu mövsüm topladığı 2206 xalla seriyada yalnız 2012-2013-cü il mövsümünü 2414 xalla tamamlayan Sloveniyalı xizəkçi Tina Maze-yə qalib gələ bilməyib.
28 yaşlı Şiffrin qırdığı rekordla növbəti dəfə “Kristal Kürə” mükafatını qazanma sevincini yaşayıb.
Әlaqәli Xәbәrlәr

Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb
Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatı start götürüb.
Kanoe sprint yarışları keçirilib
Poznan 2023-cü il dünya çempionatının ikinci mərhələsinə ev sahibliyi etdi.