Konfrans Liqası: 1/4 finala vəsiqə qazanan komandalar
Avropa Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
TRT spor xəbər verir ki, ikinci oyun günündə daha yeddi qarşılaşma baş tutub.
Türkiyə təmsilçisi “Sivasspor” İtaliyanın “Fiorentina” klubunu qəbul edib. Böyük hesabla məğlub olan Sivas klubu mübarizəni dayandırıb.
“Vilyarreal” İspaniyada Belçikanın “Anderlext” klubunun müqavimətini qırmağa çalışsa da, doğma meydanda uduzaraq mübarizəni dayandırıb. İtaliya “Latsio”su isə Niderlandda “Alkmaar”a məğlub olaraq yarışla vidalaşıb.
Polşa “Lex”i, İsveçrənin “Bazel”, Fransanın “Nitsa”, İngiltərənin “Vest Hem komandaları da növbəti mərhələyə vəsiqə qazanıblar.
Xatırladaq ki, 1/4 finala ilk vəsiqəni ötən gün Türkiyədə “Başakşəhər”ə 4:1 hesabı ilə qalib gələn Belçika “Gent”i qazanmışdı.
Avropa Konfrans Liqası
1/8 finalın cavab oyunları
16 mart
"Sivasspor" (Türkiyə) - "Fiorentina" (İtaliya) 1:4
Qol: E.Yeşilyurt, 35 – Kabral, 44. Milenkoviç, 62. Qoutas, 78-öz qapısına. Kastrovilli, 89.
İlk oyun - 0:1
"Yurqorden" (İsveç) - "Lex" (Polşa) 0:3
Qol: Marçvinski, 77. Kvekveskiri, 90+1. Skoras, 90+2.
İlk oyun - 0:2
"Slovan" (Slovakiya) - "Bazel" (İsveçrə) 2:2 (penaltilər 1:4)
Qol: Abubakari, 10. Kuçka, 17 – Kalafiori, 53. Amduni, 90+3.
İlk oyun - 2:2
“Nitsa” (Fransa) - “Şerif” (Moldova) 3:1
Qol: Laborde, 30. Moffti, 53. Brahimi, 79 – Tapsoba, 54.
İlk oyun - 1:0
“Vest Hem” (İngiltərə) - AEK (Larnaka, Kipr) 4:0
Qol: Skamakka, 21. Bouen, 47; 49. Mubama, 65.
İlk oyun - 2:0
“Vilyarreal” (İspaniya) - “Anderlext” (Belçika) 0:1
Qol: Slimani, 73.
İlk oyun - 1:1
"Alkmaar" (Niderland) - "Latsio" (İtaliya) 2:1
Qol: Karlsson, 28. Pavlidis, 62 – F.Anderson, 21.
İlk oyun - 2:1
Әlaqәli Xәbәrlәr

“Fenerbahçe Beko” “EA7 Emporio Armani Milan” ilə üz-üzə gələcək
Basketbol üzrə THY Avropa Liqasının 24-cü həftəsindən təxirə salınan qarşılaşma bu gün oynanacaq.