Türkiyənin tanınmış idmançıları zəlzələdən zərərçəkənlər üçün ianə topladı
Türkiye böyük yardım səfərbərliyi ilə zelzələdən zərərçəkənlərin yaralarını sağaltmağa çalışır
Televiziya və radio kanallarının birgə başlatdıqları “Türkiye tek ürək” kampaniyasında milyardlarla lirə ianə toplanıb.
Başda 4 böyük klub olmaqla, idman dünyasının məşhur simalarının iştirak etdikləri ‘ortaq yayım’a prezident Rəcəb Tayyib Ərdoğan da telefonla qatılıb.
Prezident Ərdoğan: “Millətimizin kampaniyaya verəcəyi dəstəklə bütün zamanların rekordunu qıraraq əzəmətini daha bir dəfə göstərəcəyinə inamım tamdır”.
Xüsusi buraxılışda idman dünyasının aparıcı adları da iştirak edib.
“Beşiktaş” Klubunun prezidenti Ahmet Nur Çebi, “Fənərbaxça” Klubunun sədri Ali Koç, “Qalatasaray” Klubunun rəhbəri Dursun Özbək və “Trabzonspor” Klubunun Başçısı Əhməd Ağaoğlu telefonla ianə toplarkən Altay Bayındır, Cenk Tosun, Kərəm Aktürkoğlu kimi milli futbolçular da kampaniyaya dəstək veriblər.
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi proqrama telefonla qatılaraq 1 milyon lirə yardım edib.
Birgə nəşr olan “Türkiye tək ürək” kampaniyasına xaricdən də yardımların yağdırılması ilə milyardlarla lirə ianə toplandı.
Әlaqәli Xәbәrlәr
Türkiyə yığmasının pley-off oyunlarındakı rəqibi bəlli oldu
UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin püşkü atılıb.