Zəlzələ qurbanlarının xatirəsi matçlardan əvvəl bir diqiqəlik sükutla yad ediləcək

THY Avropa Liqası və 7GÜN Avropa Kubokunda Kahramanmaraşda baş vermiş zəlzələlərdən zərər çəkənlərin xatirəsi matçlardan əvvəl bir dəqiqəlik sükutla yad ediləcək.

1943522
Zəlzələ qurbanlarının xatirəsi matçlardan əvvəl bir diqiqəlik sükutla yad ediləcək

TRT spor xəbər verir ki 7GÜN Avropa Kuboku və THY Avropa Liqasında bu həftə keçiriləcək oyunlarda bazar ertəsi Türkiyə və qonşu ölkələrdə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Qeyd edək ki, THY Avropa Liqasında basketbol üzrə “Anadolu Efes” və “Fənərbaxça Beko” ilə 7GÜN Avropa Kubokunda “Frutti Extra Bursaspor”un bu həftə keçiriləcək oyunları 10 vilayətdə ağır təxribata və can itkisinə səbəb olan zəlzələlər səbəbindən təxirə salınıb.



Әlaqәli Xәbәrlәr