Türkiyə idmançıları atıcılıq üzrə qızıl medal qazandılar

İndoneziya Beynəlxalq Atıcılıq İdmanları Federasiyasının (ISSF) Pnevmatik və Odlu Silahlar üzrə Dünya Kubokuna ev sahibliyi edir

1940611
Türkiyə idmançıları atıcılıq üzrə qızıl medal qazandılar

 

  İndoneziya Beynəlxalq Atıcılıq İdmanları Federasiyasının (ISSF) Pnevmatik və Odlu Silahlar üzrə Dünya Kubokuna ev sahibliyi edir.

  TRT Spor Türkiyə Atıcılıq və Ovçuluq Federasiyasına istinadla xəbər verir ki, paytaxt Cakartada davam edən tədbirdə kişilər arasında 10 metrdən pnevmatik tapançadan komanda yarışlarında mübarizə aparan Yusuf Dikeç, İsmail Keleş və Buğra Səlimzadə topladıqları 575 xal ilə birinci pillədə qərarlaşaraq qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar.

  Ay-ulduzlu komanda qızıl medal uğrundakı mübarizədə isə Qazaxıstanı 16-2 hesabı ilə məğlub edib.

  Beynəlxalq Atıcılıq İdmanları Federasiyasının (ISSF) Pnevmatik və Odlu Silahlar üzrə Dünya Kubokun fevralın 7-də başa çatacaq.



Әlaqәli Xәbәrlәr