“Barselona”-dan minimal hesabla qələbə
İspaniya kubokunun 1/4 final mərhələsində “Real”la (Sosyedad) oyun “Barselona” üçün əlamətdar olub.
1938098

TRT spor xəbər verir ki, Kataloniya təmsilçisinin minimal hesabla qələbə qazandığı görüşdə vurduğu qol tarixə düşüb.
“Nou Kamp” stadionunda baş tutan qarşılaşmada yeganə qolu 52-ci dəqiqədə Osman Dembele vurub və bu qol İspaniya kubokunun 121 illik tarixində 1500-cü olub. Bu göstəriciyə çatan ilk komanda “Barselona”dır.