“Fənərbaxça”1/4 finala vəsiqə qazanıb

Türkiye kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

1935604
“Fənərbaxça”1/4 finala vəsiqə qazanıb

TRT spor xəbər verir ki,  son  gündə  daha 2 qarşılaşma baş tutub.

“Qaziantep” “Konyaspor”u penaltilərlə mübarizədən kənarlaşdırıb. “Fənərbaxça” isə “Rizəspor”la oyundan qələbə ilə ayrılıb.

Daha öncə “Sivasspor”, “Kayserispor”, “Qalatasaray”, “Başakşəhər”, “Ankaragücü” və “Trabzonspor” da 1/4 finala vəsiqə qazanmışdılar

Qaziantep – Konyaspor 1:1 (penaltilər 7:6)
Qol: Eskihellaç, 108 – M.Diuf, 120+4.

Fənərbaxça – Rizəspor 2:1
Qol: Zayç, 12. Valensiya, 89 - S.Osmanoğlu, 26.



Әlaqәli Xәbәrlәr