“Ayaks”dan ayrılan Deyli Blind bu kluba keçib

Niderland millisinin müdafiəçisi Deyli Blindin yeni klubu açıqlanıb.

1928840
“Ayaks”dan ayrılan Deyli Blind bu kluba keçib

TRT spor xibər verir ki, “Ayaks”la müqaviləsinə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilən 32 yaşlı futbolçu Almaniya nəhəngi "Bayern"lə anlaşıb.

O, Münhen klubuna qoşulmaq Almaniyaya yollanıb. Müdafiəçinin tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə imza atacağı bildirilir.

Xatırladaq ki, bu mövsüm “Ayaks” forması ilə 19 matça çıxan Blind 2 məhsuldar ötürmə ilə yadda qalıb.



Әlaqәli Xәbәrlәr