İdman Kompleksində tribunalardan biri çökdü və ...

Misirin idman naziri Əşrəf Sübhi verdiyi yazılı açıqlamada bildirib...

1923299
İdman Kompleksində tribunalardan biri çökdü və ...

 

  Misirin paytaxtı Qahirənın yaxınlığındakı Həsən Mustafa İdman Kompleksində tribunalarından birinin metal konstruksiyasının çökməsi nəticəsində azı 27 nəfər yaralanıb. Bu barədə “Ahram” informasiya portalı məlumat yayıb.

  Hadisə idman kompleksində Əl-Əhli (Qahirə) və Əl-İttihad (İsgəndəriyyə) komandaları arasında basketbol oyunu zamanı baş verib.

  Misirin idman naziri Əşrəf Sübhi verdiyi yazılı açıqlamada bildirib: “İlkin təsbitlərə görə, hadisə azarkeşlər arasında baş verən dava nəticəsində baş verib. Məsələyə aydınlıq gətirmək üçün komissiya yaradılıb”.

  Qeyd edək ki, idman kompleksi 2020-ci ildə istifadəyə verilib.



Әlaqәli Xәbәrlәr