Türkiye Avropa Çempionatına ev sahibliyi etmək üçün müraciət etdi

Türkiye 2028 və 2032-ci illərdə futbol üzrə Avropa Çempionatına ev sahibliyi etmək üçün müraciət edib.

1916158
Türkiye Avropa Çempionatına ev sahibliyi etmək üçün müraciət etdi

Türkiye 2028 və 2032-ci illərdə futbol üzrə Avropa Çempionatına ev sahibliyi etmək üçün müraciət edib.

Mövzu ilə bağlı açıqlamanı Türkiye Futbol Federasiyasının rəhbəri Mehmet Büyükekşi verib.

M.Büyükekşi "İrlandiya, Şotlandiya, Uels və İngiltərə 2028-ci il üçün ortaq namizədlik üçün müraciət etdi. Biz tək müraciət etdik. 2032-ci il üçün İtaliya tək müraciət etdi, ev sahibliyi üçün də tək müraciət etdik. Bizim dünya miqyasında çox mühüm stadionlarımız var. Şəhərlərimizi müəyyənləşdirdik. İlkin işləri görüb UEFA-ya bildirdik. Yeni ölkə müraciət edə bilməz, vaxt bitdi. Türkiye ikisində də namizəddir" deyib.

UEFA-nın şəhər seçimi üçün kriteriyaları olduğunu bildirən Türkiye Futbol Federasiyasının prezidenti "Şəhərləri öz meyarlarımıza görə seçmirik. Onların stadion tutumları var. Şəhərlər arasında məsafə meyarları var. Ən azından 60-70 min nəfərlik bir stadionu olacaq. Stadionlarımızın vəziyyəti və zəmini də önəmlidir. Ümid edirik ki, 2028 və ya 2032-ci ildə birini ala bilərik" deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr