Xorvatiya rəqibini penaltilər ilə məğlub etdi

Qətərdə təşkil olunan dünya çempionatında dünən 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

1915142
Xorvatiya rəqibini penaltilər ilə məğlub etdi

TRT spor xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gəlib.

TRT 1, TRT 4K, TRT WATCH və trtspor.com.tr-də canlı yayımlanan oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Hesabı ilk yarıda yaponlar açsa da, xorvatlar fasilədən az sonra buraxılan qolun cavabını verə biliblər. Əlavə vaxtda da başqa qol qeydə alınmadığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri yerinə yetirən Xorvatiya yığması adını 1/4 finala yazdırıb. 

Yaponiya - Xorvatiya 1:1 (penaltilər 1:3)
Qol: Dayzen Maeda, 43 - İvan Perişiç, 55.
Baş hakim: İsmail Elfat (Braziliya).
"Əl Cənub" stadionu.



Әlaqәli Xәbәrlәr