Ağır Atletika üzrə Avropa Çempionatı 2024-cü ildə Türkiyədə olacaq

Türkiyə Ağır Atletika Federasiyasının açıqlamasında bildirilir ki...

1914401
Ağır Atletika üzrə Avropa Çempionatı 2024-cü ildə Türkiyədə olacaq

 

  Avropa Ağır Atletika Federasiyası (EWF) 2024-cü ildə böyüklər arasında Avropa çempionatının Türkiyədə keçirilməsinə qərar verib.

  Türkiyə Ağır Atletika Federasiyasının açıqlamasında bildirilir ki, federasiya prezidenti Tələt Ünlünün təşəbbüsü nəticəsində Avropa çempionatına ev sahibliyi etmək üçün ərizə faylı EWF tərəfindən yüksək qiymətləndirilib. Qiymətləndirmələr nəticəsində EWF bu idman tədbirinin 17-28 fevral 2024-cü il tarixlərində Antaliyada keçirilməsinə qərar verib.

  EWF məlumatında yazılır: “Türkiyə Ağır Atletika Federasiyası əvvəlki illərdə bir çox mühüm tədbirlər təşkil edib. Biz hamımız 2002 və 2012-ci illərdə ağır atletika üzrə Avropa çempionatlarına, eləcə də 2001 və 2010-cu il dünya çempionatlarına ev sahibliyi edən Antaliyaya qayıtmaqdan məmnunuq”.

  Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Konflitti deyib: “Türkiyə Ağır Atletika Federasiyasını 2024-cü ildə belə mötəbər idman yarışına ev sahibliyi edəcəyinə görə təbrik edirəm”.



Әlaqәli Xәbәrlәr