Yaponiya 1/8 finala çıxdı
Futbol üzrə Yaponiya yığması dünya çempionatları tarixində yeni antirekord müəyyənləşdirib.
1913698
Qətərdə təşkil olunan dünya çempionatında daha 2 qrupda mübarizəyə yekun vurulub. TRT spor xəbər verir ki, bununla da 1/8 finalın daha 4 iştirakçısı bəlli olub.
E qrupunda İspaniya millisi Yaponiya ilə qarşılaşıb.
Yaponiya – İspaniya 2:1
Qol: Ritsu Doan, 48. Ao Tanaka, 51 - Alvaro Morata, 11.
Baş hakim: Viktor Qomes (CAR).
“Xəlifə” stadionu.
İspaniyanı 2:1 hesabı ilə üstələyən Yaponiya yığması 1/8 finalda Xorvatiya ilə qarşılaşacaq.