Belçika qrupda qaldı

Belçika 24 il sonra ilk dəfə qrupda qaldı, baş məşqçi istefa verdi

1913846
Belçika qrupda qaldı

Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə qolsuz heç-heçə etdikləri oyundan sonrakı mətbuat konfransında yığmadakı vəzifəsindən ayrıldığını açıqlayıb. Buna komandanın mundialdakı uğursuz çıxışının səbəb olduğunu bildirib.

Belçika millisi 24 il sonra ilk dəfə dünya çempionatlarında qrup mərhələsini keçə bilməyib. Bu komandanın yer aldığı F qrupundan Mərakeş lider, Xorvatiya isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Belçika 3-cü yeri tutub və qrupda qalıb.

Belçika yığması sonuncu dəfə 1998-ci ildə Fransada keçirilən dünya çempionatında qrupdan çıxmamışdı. Komandanın tarixdəki ən yaxşı nəticəsi 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc medal qazanmasıdır.

 



Әlaqәli Xәbәrlәr