DÇ-2022 Portuqaliya 1/8 finalda
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində dünən ikinci tura yekun vurulub.
1912169
TRT spor xəbər verir ki, G və H qruplarında ümumilikdə 4 oyun keçirilib.
H qrupunda mübarizə aparan Portuqaliya Uruqvayla münasibətlərinə aydınlıq gətirib. Avropa təmsilçisi bu görüşdə 2 cavabsız qolla qələbə qazanıb. Beləcə Portuqaliya yığması adını 1/8 finala yüksələn komandaların sırasına yazdırıb.
Portuqaliya – Uruqvay 2:0
Qol: Bruno Fernandes, 54; 90+3-pen.
Baş hakim: Əlireza Fəqani (İran).
“Lusail İkonik” stadionu.