İspaniya darmadağına sevinib

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında daha 4 oyun keçirilib.

1910298
İspaniya darmadağına sevinib

TRT spor xəbər verir ki, günün ilk matçı F qrupunda olub. Xorvatiya millisi Mərakeşi sınağa çəkib. Bu oyunda qapılara qol vurulmayıb.

Bu qrupun digər matçında Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirib. Avropa təmsilçisi tək qolla 3 xala sahib çıxıb.

E qrupunda Almaniya seçməsi Yaponiya ilə qarşılaşıb. Bu oyunda hesabı almanlar açsa da, yaponlar əzmkar və sürpriz qələbəyə imza atıblar. İspaniya isə Kosta Rika ilə üz-üzə gəlib və 7 cavabsız qola sevinib.

İspaniya - Kosta Rika 7:0
Qol: D.Olmo, 11. M.Asensio, 21. F.Torres, 31-pen; 54. Qavi, 74. K.Soler, 90. A.Morata, 90+2.
Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (Birləşmiş Ərəb Əmirlikləri).
"Al Tumama" stadionu.



Әlaqәli Xәbәrlәr