İngiltərə Futbol Assosiasiyası Ronaldonu cəzalandırdı

İngiltərə Futbol Assosiasiyası (EFA) "Mançester Yunayted"in sabiq hücumçusu Kriştiano Ronaldonu cəzalandırıb.

1910308
İngiltərə Futbol Assosiasiyası Ronaldonu cəzalandırdı

EFA-nın   rəsmi saytı  bu  barədə   məlumat  yayıb.   Bildirib  ki,  buna səbəb 37 yaşlı futbolçunun “Everton”a 0:1 hesabı ilə uduzduqları Premyer Liqa matçından sonra yeniyetmənin telefonunu sındırması olub.

50 000 funt sterlinq məbləğində cərimələnən ulduz futbolçu həmçinin 2 oyunluq diskvalifikasiya edilib.

Portuqaliyalı futbolçu autizmli fanatın yanından keçərkən əsəbi şəkildə əli ilə onun telefonunu vuraraq, yerə salıb. Nəticədə uşağın telefonu sınıb.

 



Әlaqәli Xәbәrlәr