Seneqal və Niderland ilk dəfə üz-üzə gələcək

Bu gün futbol üzrə dünya çempionatında daha 3 oyun keçiriləcək.

1908646
Seneqal və Niderland ilk dəfə üz-üzə gələcək

TRT spor xəbər verir ki, günün ilk matçında B qrupunda İngiltərə və İran qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.

A qrupunun ikinci matçında Niderland millisi Seneqalla üz-üzə gələcək. Bu qarşılaşma saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador millisinə 0:2 hesabı ilə uduzub.

Günün son matçında ABŞ millisi Uelslə görüşəcək. Bu görüş saat 23:00-da başlayacaq.

Xatırladaq ki Niderland millisi dünya çempionatında 10 dəfə mübarizə aparıb.

Üç dəfə finala vəsiqə qazandığı turnirdə 50 matça çıxan “narıncılar” sonuncu dəfə 2014-cü ildə Braziliyada meydana çıxıb. Seneqal Milli Komandası isə ilki 2002-ci ildə və ikincisi isə 2018 olmaqla iki dəfə Dünya Çempionatında iştirak edib.



Әlaqәli Xәbәrlәr