Avropa və konfrans liqasının 5-ci tur oyunları keçiriləcək

Avropa Liqasının qrup mərhələsində bu gün 5-ci turun oyunları keçiriləcək.

1898304
Avropa və konfrans liqasının 5-ci tur oyunları keçiriləcək

TRT spor xəbər verir ki, ümumilikdə 8 qrup üzrə 16 qarşılaşma baş tutacaq.

Türkiyenin təmsilçilərindən “Fənərbaxça” İstanbulda “Renn”i qəbul edəcək.

Türkiye vaxtı ilə saat 19:45-də Ülkər stadionunda oynanılacaq qarşılaşmanı serbiyalı hakim Novak Simovic idarə edəcək.

B qrupunun digər qarşılaşmasında AEK (Larnaka) Kiprdə Kiyev “Dinamo”su ilə üz-üzə gələcək.

Digər təmsilçimiz “Trabzonspor” Serbiyada “Srvena Zvezda”nın qonağı olacaq.

Rajko Mitic Stadionunda Türkiye vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı portuqaliyalı hakim Joao Pinheiro idarə edəcək.

H qrupunda “Ferentsvaroş” – “Monako” görüşü də baş tutacaq.

Konfrans liqasının qrup mərhələsinin 5-ci Tur oyunları çərçivəsində isə təmsilçimiz “Başakşəhər” İtaliyada “Fiorentina”nın qonağı olacaq. “Sivasspor” isə Rumıniya təmsilçisi ÇFR-i qəbul edəcək.



Әlaqәli Xәbәrlәr