Türkiyə milli cüdoçuları Avropa çempionatını zirvədə başa vurdular

Türkiyə Cüdo Federasiyasından verilən məlumata görə...

1881261
Türkiyə milli cüdoçuları Avropa çempionatını zirvədə başa vurdular

 

  Türkiyə milli cüdoçuları Çexiyada keçirilən gənclər arasında Avropa çempionatını 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.

  Türkiyə Cüdo Federasiyasından verilən məlumata görə, paytaxt Praqada keçirilən yeniyetmələr arasında Avropa çempionatında qadınlarda +78 kilo üzrə Hilal Öztürk və kişilərdə +100 kilo üzrə Münir Ertuğ fərdi görüşləri qızıl medalla başa vurub.

  Türkiyə ümumi sıralamada 3 qızıl, 2 gümüş və 2 bürünc medalla çempionatı zirvədə başa vurub.



Әlaqәli Xәbәrlәr