V İslam Həmrəyliyi Oyunlarına yekun vuruldu

Konya Səlcuq Universitetinin 15 İyul Stadionunda keçirilən tədbirin  yekun   mərasimi  Gənclər və İdman naziri Mehmet Muharrəm Kasapoğlu və İslam Həmrəyliyi Oyunları İdman Federasiyasının prezidenti Faysal Əl Səudun   iştirakı  ilə keçirilib.

1869869
V İslam Həmrəyliyi Oyunlarına yekun vuruldu
İslami Dayanışma Oyunları.jpg

Dövlət Himninin səsləndirilməsi ilə başlayan  mərasimdən  sonra  54 ölkədən 6 minə yaxın idmançının iştirak  etdiyi  parad  göz  oxşayıb.

Gənclər və İdman naziri Mehmet Muharrəm Kasapoğlunun oyunların bayrağını  İslam Həmrəyliyi Oyunları İdman Federasiyasının prezidenti Əbdüləziz Bin Turki Əl Faysal Əl Səuda təqdim etdiyi  mərasim   məşhur  müğənni Kubatın  konserti ilə yekunlaşıb.

Qeyd  edək  ki, millilərimizin  imza  atdıqları   uğurlar  nəticəsində  ölkəmiz  İslam Həmrəyliyi Oyunlarında medal  sıralamasında 145-i qızıl, 107-si gümüş, 89-u bürünc olmaqla ümumilikdə  qazandıqları 341 medal ilə  birinci yeri tutub.

 



Әlaqәli Xәbәrlәr