Medipol Başakşehir- “Antverpen” qarşılaşması TRT ekranlarında olacaq

Təmsilçimiz Medipol Başakşehir UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununda sabah Belçikanın Antverpen komandasını qəbul edəcək

1869015
Medipol Başakşehir- “Antverpen” qarşılaşması TRT ekranlarında olacaq

Başakşehir Fatih Terim Stadionunda  yerli  vaxtla   saat 20:45-də başlayacaq qarşılaşma TRT 1-də canlı yayımlanacaq.

Qarşılaşmanı Fransa Futbol Federasiyasından olan baş hakim Jerom Brisard idarə edəcək.

Cavab oyun  25 avqustda Belçikada keçiriləcək.

Medipol Başakşehir rəqibini mübarizədən kənarlaşdırsa, UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində mübarizə aparmaq hüququ qazanacaq.



Әlaqәli Xәbәrlәr