FİFA DÇ-2022-nin başlama tarixini  dəyişdi

FİFA Qətərdə keçiriləcək dünya çempionatının başlama vaxtının dəyişdiyini açıqlayıb.

1867092
FİFA DÇ-2022-nin başlama tarixini  dəyişdi

TRT Spor xəbər verir ki, FİFA Şurasının Bürosu matçın və açılış mərasiminin noyabrın 21-dən   eyni  ayın 20-nə keçirilməsi barədə qərar qəbul edib.

 Seneqal – Niderland matçı da noyabrın 21-də, bazar ertəsi saat 13:00-dan 19:00-a dəyişdirilib. Açılış matçında Qətər yığması 20 noyabr bazar günü saat 19:00-da Ekvadorla oynayacaq.

2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək

 



Әlaqәli Xәbәrlәr